Ölkə futbolu
“Zirə” “Astra” ilə oyuna Rumıniyada hazırlaşır
Məlum olduğu kimi, Avropa Liqasının 1-ci təsnifat mərhələsi &c…
Məlum olduğu kimi, Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Lüksemburq “Differdanj”ı ilə səfər oyundan sonra Belçikaya yollanan “Zirə” dünən gecə Rumıniyaya gəlib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Astra” ilə qarşılaşacaq komanda Buxarest yaxınlığında yerləşən Rumıniya yığmasının təlim-məşq bazasında hazırlığını davam etdirir.
Sabah da burda məşq edəcək “qartallar” iyulun 12-də Curcuya yola düşəcək. “Zirə” oyunöncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi stadionda edəcək. Məşq oyunun başlanma saatında – 20:30-da start götürəcək və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Bundan yarım saat əvvəl isə “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı kəçiriləcək.