Dünya futbolu
Siqaret çəkdiklərinə görə "Fənərbaxça"dan qovuldular
Türkiyənin "Fənərbaxça" klubunun 21 yaşadək…
Türkiyənin "Fənərbaxça" klubunun 21 yaşadək futbolçulardan ibarət komandasının iki futbolçusu heyətdən uzaqlaşdırılıb. Futbolinfo.az xəbər verir ki, buna onların siqaret çəkmələri səbəb olub.
Türkiyə mətbuatının yazdığına görə, "Fənər"in U-21 komandasının üzvləri – Oytun Özdoğan və Kerem Bulutun Düzcədə təşkil olunan təlim-məşq toplanışı zamanı siqaret çəkdikləri üzə çıxıb. Onların sosial şəbəkələrdə paylaşdığı şəkillərdə siqaret əllərində poz vermələri komandadan uzaqlaşdırılmaları ilə nəticələnib.
Dərhal araşdırma aparan rəhbərlik 19 yaşı olan hər iki futbolçunun heyətdən uzaqlaşdırılması və toplanış düşərgəsini tərk etməsi barədə qərar qəbul edib.