Dünya futbolu
"Real" yeni transferini rəsmən təqdim etdi
İspaniya çempionu "Real" 2017/18 mövsüm&uu…
İspaniya çempionu "Real" 2017/18 mövsümü öncəsi ilk transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisinin ilk transferi əzəli rəqibi "Atletiko"dandı.
Belə ki, "kral klubu" Madridin digər təmsilçisinin şərəfini qoruyan Teo Fernandesi heyətinə qatıb. Bu barədə "Real"ın rəsmi saytı məlumat yayıb. 19 yaşlı sol cinah müdafiəçisi ilə 6 illik müqavilə imzalanıb.
"Real" yeni transferini öncədən xəbər verildiyi kimi, ötən gün "Santyaqo Bernabeu"da ictimaiyyətə təqdim edib. Teo bu komandada 15 nömrəli forma altında çıxış edəcək.
Yerli mətbuat Ernandesin Madrid klubuna transferinin neçəyə başa gəldiyini də açıqlayıb. İddialara görə, "Real" bu keçidə görə əzəli rəqibinə 26 milyon avro ödəyib.
Qeyd edək ki, "Atletiko"da çıxış edən müdafiəçi Lukas Ernandesin qardaşı olan Teo 2016/17 mövsümünü "Alaves"də icarədə keçirib. Fransalı futbolçu bu komandada 32 oyuna 1 qolla yadda qalıb. Teo həm də Fransanın gənclərdən ibarət yığmasının üzvüdü.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir