Dünya futbolu
"Brayton"dan Super Liqa klubuna
Türkiyənin "Gənclərbirliyi" klubu növbəti tran…
Türkiyənin "Gənclərbirliyi" klubu növbəti transferini gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin "Brayton" klubundan Elvis Manunu heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
"Feyenoord"un yetirməsi olan 24 yaşlı hollandiyalı futbolçu doğma klubundan əlavə, "Ekselsior", "Kambuur", "Haddersfild və "Qou Ehed İqls" komandalarında da oynayıb. O, son mövsümdə uğurlu çıxışı sayəsində yeni mövsümdən İngiltərə Premyer Liqasında oynamaq hüququ qazanan "Brayton"da 23 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir