Ölkə futbolu
Öncə Qriqorçuk, sonra Mamrot
İyulun 13-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsini…
İyulun 13-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Polşanın “Yagelloniya” komandasını qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, 8-ci km qəsəbə stadionuna baş tutacaq “Qəbələ” – “Yagelloniya” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl – iyulun 12-də saat 19:15-də arenanın media zalında start götürəcək.
İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. Saat 20:30-da isə “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot media nümayəndələrinin suallarını cavablandıracaq.
Komandaların oyunöncəsi son məşqi də matçın keçiriləcəyi arenada baş tutacaq. “Qırmızı-qaralar” saat 20:00-da, qonaqlar isə 21:00-da məşqə çıxacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir