Dünya futbolu
Pisarro rəsmən "Sevilya"da
İspaniyanın "Sevilya" klubu daha bir yeni transferini rəs…
İspaniyanın "Sevilya" klubu daha bir yeni transferini rəsmən təqdim edib. Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi hələ bir neçə gün öncə rəsmi saytı vasitəsilə İngiltərənin "Aston Villa" komandasının müdafiəçisi Jordan Amavi, eləcə də Meksika "Tiqres"inin yarımmüdafiəçisi Qido Pisarro və onların klubları ilə prinsipial razılıq əldə olunduğunu açıqlamışdı.
Lakin Amavinin bu kluba keçidi son anda baş tutmayıb. "Estadio Deportivo"nun yaydığı məlumata görə, o, tibbi yoxlanışdan uğurla keçə bilmədiyinə görə klub özü bu transferdən imtina edib.
Əvəzində Pisarro ötən gün "Sevilya" ilə rəsmi müqavilə imzalayıb. Argentinalı futbolçu La Liqa klubunda 2021-ci ilin yayına kimi çıxış edəcək. Onun transferi ispanlara 6 milyon avroya başa gəlib.
"Lanus"un yetirməsi olan yarımmüdafiəçi 2009-2013-cü illər aralığında məhz doğma komandasında oynayıb. 2013-cü ildən isə o, "Tiqres"də çıxış edirdi. Pisarro bu il Argentina yığmasında bir oyuna da çıxıb.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir