Ölkə futbolu
“Yagelloniya” Avroliqada irəliləmək gücündədi”
“Yeni mövsümdə qarşıya qoyulan ilk hədəf ölk…
“Yeni mövsümdə qarşıya qoyulan ilk hədəf ölkə çempionatında ilk “8-liy”ə düşmək olacaq. Bir az bəxtimiz gətirsə və futbolçular formada olsalar, daha yaxşısını əldə edə bilərik”. Futbolinfo.az xəbər verir ki, bunu “Yagelloniya”nın prezidenti Sezari Kuleşa deyib.
“Qəbələ”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Yagelloniya” həftəsonu Polşa çempionatında yeni mövsümün ilk matçına çıxacaq. Bu gün isə Belostok təmsilçisi “Qəbələ”nin qonağı olacaq. Polşa mətbuatına açıqlamasında komandasının hazırkı durumunu dəyərləndirən Kuleşa yeni mövsümdəki hədəflərindən söz açıb:
“Cəsarətli baş məşqçiyə sahibik. Mövsümə də uğurlu başlanğıc etmişik. Avropa Liqasındakı ilk iki matçdakı qələbə gələcəyə ümidlə baxmağa imkan verir. Məni ən çox narahat edən məqam komandanın təlim-məşq toplanışının uzun sürməməsi və futbolçuların qısa müddətdi bir arada olmasıdı. Qarşıda bizi Avropa Liqasında, ölkə çempionatında və kubokunda çoxlu oyunlar gözləyir. Bu komandanın çempionatda 3-cü, 4-cü və ya 5-ci yeri tutacağı ilə bağlı proqnoz vermək çətindi. Ancaq məqsədimiz bütün turnirlərdə maksimum nəticə göstərməkdi. Təbii ki, ilk olaraq Avropa Liqasında Azərbaycan klubu ilə oyunu düşünürük. Hesab edirəm ki, heyətimiz avrokuboklarda irəliləmək gücündədi”.
Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Yagelloniya” qarşılaşması saat 21:00-da başlayacaq. Apasport