Ölkə futbolu
Klublarımızın Avroliqada növbəti rəqibləri bəlli oldu
Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin p&u…
Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan klublarının da mümkün rəqibləri bəlli olub.
Avroliqada çıxış edən “Qəbələ”, “İnter” və “Zirə”nin 2-ci təsnifat mərhələsini uğurla keçəcəyi halda, növbəti mərhələdə hansı komandalarla qarşılaşacağı artıq indidən bəllidi.
“Qəbələ” – “Yagelloniya” cütünün qalibi “Panatinaikos”la (Yunanıstan) ilə üz-üzə gələcək.
"İnter” ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi "Fola”nı (Lüksemburq) mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Ostersun” (İsveç) – “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
“Astra” – “Zirə” qarşılaşmasında güclü olan komanda isə “Aleksandriya” (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 4-də keçiriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı