Dünya futbolu
“Çelsi”dən “Uotford”a
İngiltərə çempionu “Çelsi”nin yarımm&uum…
İngiltərə çempionu “Çelsi”nin yarımmüdafiəçisi Nataniel Çaloba karyerasını “Uotford”da davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı “sarı-qaralar”ın rəsmi saytı yayıb.
Xəbərdə 22 yaşlı futbolçuyla 5 illik müqavilə bağlandığı qeyd edilib. “Uotford” Syerra-Leone əsilli futbolçunun transferi üçün “zadəganlar”a 7 milyon avro ödəyib. Çaloba yeni klubunda 14 nömrəli futbolkada çıxış edəcək.
Gənc yarımmüdafiəçi “Çelsi”nin heyətində son mövsümdə 5-i əsas heyətdə olmaqla, cəmi 15 oyunda şans qazanmışdı.