Ölkə futbolu
“Qəbələ” ilə matçın hesabından razı deyiləm”
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda &l…
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” üzərində 1:0 hesablı qələbə qazanan Yunanıstan təmsilçisi “Panatinaikos”un kapitanı Zeka matçla bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı portuqaliyalı yarımmüdafiəçi yaxşı oynadıqlarını, lakin qolların davamını gətirə bilmədiklərini deyib:
“Daha çox qol vurmağa layiq idik. Qələbədən razıyam, amma hesabdan yox. Qalib gəlməyimiz sevindiricidi. Yaxşı oynadıq, amma 2 və 3-cü qolları vura bilmədik. Müsbət hal odu ki, qapımızı toxunulmaz saxladıq. Səfərdə də qələbəyə oynayacağıq. Rəqibdən daha yaxşı olduğumuzu göstərdik”.
Qeyd edək ki, bu kollektivlər arasında cavab görüşü avqustun 3-də Bakıdakı "Bakcell Arena"da keçiriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…