Ölkə futbolu
"Nldovu və Qerryeyə qarşı daha diqqətli olmalıyıq"
Moldova çempionu "Şerif"in müdafiəçisi …
Moldova çempionu "Şerif"in müdafiəçisi Viktor Oliveyra UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
“Qarabağ” lazımi səviyyədə komplektləşdirilib. Onların futbolçuları sürətli və aqressiv futbol sərgiləyirlər. Bizim də usta oyunçularımız var. Ona görə də rəqibə qalib gəlmək üçün gücümüzü ortaya qoymalıyıq. Oyun hər iki komanda üçün çətin olacaq. Stadion tam dolsa, bizə çox köməyi olar. Azərbaycanda yerli azarkeşlər komandalarını irəli səsləyirdilər. Bizim də belə dəstəyə ehtiyacımız var. “Qarabağ”ın bütün futbolçuları güclü və ustadılar. Lakin Dino Nldovu və Donald Qerryeyə qarşı daha diqqətli olmalıyıq”.
Qeyd edək ki, bu gün Tiraspol şəhərində keçiriləcək “Şerif” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə qolsuz heç-heçə qeydə alınıb.