Ölkə futbolu
"Şerif" "Barselona" ilə yox, "Qarabağ"la qarşılaşacaq"
Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu UEFA &…
Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Şerif"lə "Qarabağ" arasında keçiriləcək cavab matçı öncəsi fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan qurumun prezidenti Tiraspol təmsilçisinin şanslarını yüksək dəyərləndirib:
"Şerif"in mərhələ adlamaq üçün kifayət qədər imkanı var. Ümid edirik ki, komandamız istədiklərimizi həyata keçirə biləcək. Çünki futbolçularımız nə "Real", nə "Barselona", nə "Atletiko", nə də "Bavariya" ilə qarşılaşacaqlar. Bu komanda "Qarabağ"la üz-üzə gələcək. Etiraf etmək lazımdı ki, "Qarabağ"ın heyətində yaxşı braziliyalı futbolçular var. Ancaq nəzərə alaq ki, onlar Braziliyadan yox, Azərbaycandan olan klubu təmsil edirlər".
Qeyd edək ki, "Şerif" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Bu komandalar arasında Bakıda baş tutmuş ilk matçda qolsuz bərabərlik qeydə alınıb.