Dünya futbolu
Yay tətili ispan futbolçuya baha başa gəldi
İspaniya yığmasının futbolçusu Fernando Lyorente xoşagəl…
İspaniya yığmasının futbolçusu Fernando Lyorente xoşagəlməz halla üzləşib. Futbolinfo.az xəbər verir ki, İngiltərənin “Suonsi Siti” klubunun hücumçusu tətil vaxtı zədələnib.
Velosipeddən yıxılan 32 yaşlı forvardın sol əli qırılıb. Lyorente bu səbəbdən İngiltərə çempionatının yeni mövsümünün startında komandasına kömək edə bilməyəcək. Lyorentenin Premyer Liqanın ilk 2 turunda meydana çıxmayacağı gözlənilir. Məlumatı “Suonsi Siti”nin rəsmi saytı yayıb.
Qeyd edək ki, karyerası ərzində “Atletik”, “Yuventus” və “Sevilya” klublarında da oynamış Fernando Lyorente ötən ildən “Suonsi Siti”nin formasını geyinir.