Dünya futbolu
UEFA MY-nin 2 oyunçusunu cəzalandırdı
UEFA İngiltərənin "Mançester Yunayted" klubunun fu…
UEFA İngiltərənin "Mançester Yunayted" klubunun futbolçuları Fil Cons və Deyli Blində cəza tətbiq edib. Futbolinfo.az xəbər verr ki, F.Cons ötən mövsüm Avropa Liqasının finalında "Ayaks"la matçdan (2:0) sonra ondan dopinqi-test üçün nümunə almaq istəyən işçiləri təhqir etdiyi üçün 2 oyunluq cəzalandırılıb və 5 min avro məbləğində cərimələnib.
D.Blind isə dopinq-testindən keçmədiyi üçün 5 min avro ödəməli olacaq.
Bundan başqa, hər iki futbolçunun hərəkətinə görə "Mançester Yunayted" də 10 min avro məbləğində cərimələnib.