Dünya futbolu
Simuliyasiya edən futbolçular 2 oyunluq diskvalifikasiya olunacaqlar
İngiltərədə 2017/18 mövsümündən etibarən simuliya…
İngiltərədə 2017/18 mövsümündən etibarən simuliyasiyaya yol verən futbolçular iki oyunluq diskvalifikasiya olunacaqlar. Futbolinfo.az “Independent” nəşrinə istinadla xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası qərar qəbul edib.
Mütəxəssislər hesab edirlər ki, bu cür sərt cəza hakimləri aldatmağa yönəlik hərəkətlərin aradan qalxmasına kömək edəcək. Qərar yalnız penalti və meydandan qovulmaya səbəb olan simuliyasiyalara şamil olunur. Referilərin bu cür hallarda göstərdikləri qırmızı vərəqələr ləğv olunacaq, “sarı”lar isə qüvvədə qalacaq. Simuliyasiya hallarına sabiq futbolçu, məşqşi və hakimlərdən ibarət üç nəfərlik komissiya qiymət verəcək.
Qeyd edək ki, İngiltərədə 2017/18 mövsümünə avqustun 4-də start veriləcək. Cümə günü Çempionşipin ilk turu çərçivəsində 2 oyun keçiriləcək.