Dünya futbolu
“Mançester Yunayted”də iki yeni müqavilə
İngiltərənin “Mançester Yunayted” klubu iki futb…
İngiltərənin “Mançester Yunayted” klubu iki futbolçusuyla yeni müqavilə bağlayıb. Futbolinfo.az xəbər verir ki, "qırmızı şeytanlar" Xuan Mata və Ander Errera ilə müqavilə müddətini uzadıb.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Xəbərdə hər iki futbolçuyla müqavilə müddətinin 2019-cu ilin yayına kimi artırıldığı qeyd edilib.
Xatırladaq ki, Errera ilə Matanın əvvəlki müqavilə müddətləri gələn ilin yayında bitirdi. Maraqlıdı ki, ispaniyalı futbolçular MY-də eyni tarixdən – 2014-cü ildən bəri çıxış edirlər.