Dünya futbolu
Xesus Navas rəsmən "Sevilya"da – FOTO
İspaniyanın "Sevilya" klubu növbəti transferini rəs…
İspaniyanın "Sevilya" klubu növbəti transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Xesus Navası heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Navas 2003-2013-cü illərdə məhz "Sevilya"da oynayıb. O, 2013-cü ildə "Mançester Siti"yə transfer olunub. 4 il ərzində o, İngiltərə klubunda 183 matçda iştirak edib.