Dünya futbolu
"Monako" italiyalı qapıçı ilə vidalaşdı
Fransa çempionu "Monako" italiyalı qapıçıs?…
Fransa çempionu "Monako" italiyalı qapıçısı Morqan De Sanktislə yolları ayırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd olunur ki, 40 yaşlı qolkiperlə başa çatan müqavilənin müddəti uzadılmayıb. De Sanktis ötən il "Roma"dan "Monako"ya transfer olunmuşdu. Liqa 1-in son çempionu təcrübəli qolkiperin xidmətindən cəmi 8 oyunda yararlanmışdı.
"Monako" Morqanın karyerasında sonuncu klub olub. O, bu yay futbolçu karyerasını başa vurmağa qərar verib. Hətta "Napoli" başda olmaqla bir sıra klublar onu heyətində görmək istəsə də, De Sanktis qərarının qəti olduğunu bildirib. Onun bu qərarında "Roma"dan aldığı təklif də önəmli rol oynayıb. Belə ki, paytaxt klubu onu menecer kimi çalışmağa dəvət edib və İtaliya yığmasının sabiq qolkiperi bu təklifi müsbət qəbul edib. O, artıq yeni işinin icrasına da başlayıb.
Qeyd edək ki, "Peskara"nın yetirməsi olan De Sanktis 1994-1997-ci illər aralığında məhz bu komandada çıxış edib. O, daha sonra "Yuventus" (1997-1999), "Udineze" (1999-2007), "Sevilya" (2007-2009), "Qalatasaray" (2008-2009), "Napoli" (2009-2013), "Roma" klublarında (2013-2016) da forma geyinib.