Ölkə futbolu
İstirahəti başa vuran “Sumqayıt” məşqləri bərpa etdi
“Sumqayıt” 2017/18 mövsümünün 1-ci tu…
“Sumqayıt” 2017/18 mövsümünün 1-ci turu üçün hazırlıqlara start verib. Futbolinfo.az xəbər verir ki, Bolu bölgəsində keçirilmiş təlim-məşq toplanışından sonra 3 gün müddətinə istirahətə buraxılmış kollektiv bu gün saat 18:30-da “Kapital Bank Arena”da məşqə çıxıb.
Əsasən toplu çalışmalar və taktiki gedişlərə üstünlük verilən məşq prosesi təxminən 1,5 saat müddətində davam edib.
Qeyd edək ki, “Sumqayıt” çempionatın startınadək gündə bir dəfə olmaqla, Sumqayıt şəhərində məşqlərini davam etdirəcək.