Dünya futbolu
Badu rəsmən Super Liqa klubunda
Türkiyənin "Bursaspor" klubu heyətinə daha bir futbo…
Türkiyənin "Bursaspor" klubu heyətinə daha bir futbolçu cəlb edib. Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi qanalı yarımmüdafiəçi Emmanuel Badunu icarəyə götürüb.
Bu barədə Bursa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 27 yaşlı qanalı futbolçu İtaliyanın "Udineze" klubundan 1 illik icarəyə götürülüb.
Qana yığmasında 80-ə yaxın oyun keçirmiş Badu "Udineze"də 2010-cu ildən forma geyinir.