Ölkə futbolu
Qurban Qurbanovun yubiley qələbəsi
“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında yubiley…
“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında yubiley qələbəsini qazanıb. Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şerif”lə Moldovadakı cavab oyunu 2008-ci ildən Ağdam klubunu çalışdıran mütəxəssisin bu postda 30-cu avrokubok qələbəsidi.
Qurbanov “Qarabağ”ı indiyədək 68 dəfə qitəmiqyaslı turnirlərin oyununa çıxarıb. Bu qarşılaşmalarda onun yetirmələri 30 qələbə qazanıb, 20 heç-heçə edib və 18 dəfə uduzub. Komandası 79 top vuran çalışdırıcı 61 buraxılan qola üzülüb.
Maraqlıdı ki, həm Qurbanovun, həm də “Qarabağ”ın hesabında ümumilikdə 31 avrokubok qələbəsi var. Mütəxəssis ilk qələbəsini “Neftçi”də, sonrakı 30-nu indiki komandasında əldə edib. Bu 31-ci uğur ümumilikdə 70-ci – yubiley görüşünə təsadüf edib. “Qarabağ” isə Qurbanova qədərki yeganə uğuruna Böyükağa Ağayevlə imza atıb. Apasport