Dünya futbolu
"Roma"da danimarkalı yarımmüdafiəçi
İtaliyanın "Roma" klubu heyətinə daha bir futbolç…
İtaliyanın "Roma" klubu heyətinə daha bir futbolçu cəlb edib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Danimarkanın "Bröndbü" klubunun gənc yarımmüdafiəçisi Rezan Çorlunu transfer edib.
Bu barədə Danimarka təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lakin bu transferlə bağlı digər detallar açıqlanmır. "Roma" isə hələlik, bu transferlə bağlı heç bir açıqlama yaymayıb.
Qeyd edək ki, danimarkalı futbolçu son dörd ildə məhz "Bröndbü"də oynayıb.