Ölkə futbolu
“Qəbələ” Avroliqa ilə vidalaşdı
Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinə yek…
Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinə yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, bu turnirdəki yeganə təmsilçimiz “Qəbələ” də növbəti matçına çıxıb.
Roman Qriqorçukun çalışdırdığı bölgə klubu Bakıda Yunanıstan “Panatinaikos”unu qəbul edib. Bir həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan komandamız mərhələ adlamaq üçün mütləq inamlı hesabla qələbə qazanmalıydı. Son iki ildə qrup mərhələsinin iştirakçısı olan “Qəbələ” pley-offa yüksəlmək üçün ən azı 2 top fərqilə sevinməliydi.
Qapısını toxunulmaz saxlasaydı, komandamıza minimal hesablı qələbə isə görüşün penaltilər seriyasına qədər sürməsi üçün yetərli olacaqdı. Lakin oyunsonrası lotereyada bəxtini sınamamaq üçün 2 top fərqli qələbə zəruri idi.
2 il əvvəl də Avroliqada bu Yunanıstan klubu ilə üz-üzə gələn "Qəbələ" “Panatinaikos”u pley-offda səfər qolu ilə keçmişdi – 0:0, 2:2. Lakin bu dəfə “qırmızı-qaralar” yunanlarla bacarmayıblar. Hesabı Azərbaycan təmsilçisi açsa da, sonradan iki qol buraxması "Qəbələ"nin Avroliqanı erkən tərk etməsi ilə nəticələnib.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
3 avqust
“Qəbələ” – “Panatinaikos” 1:2
Qol: R.Moledo, 52-öz qapısına. R.Lod, 63. B.Kabesas, 66.
Sarı vərəqə: D.Malone, 20. R.Lod, 51.
Hakimlər: Kreyq Pauson, Li Betts, Adam Nunn, Kevin Friend (hamısı İngiltərə).
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan).
UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya).
Bakı. 8-ci km qəsəbə stadionu.
İlk oyun – 0:1.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 9. Baqali Dabo (45. Famussa Kone, 74), 12. Endryu Hallidey, 14. Cavid Hüseynov (k) (11. Asif Məmmədov, 75), 15. Vitali Vernidub, 16. Dion Malone (6. Elvin Məmmədov, 80), 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Davi Bultheys, 28. Stiven Jozef-Monroz.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 34. Ürfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
Panatinaikos: 99. Odisseas Vlaxodimos, 7. Omri Altman (18. Lusiano, 56), 8. Gilyermo Molins (5. Nunu Reyş, 80), 10. Zeka (k), 17. Robin Lod, 21. Dimitris Kurbelis, 23. Nikolas Hult, 26. Dimitris Kolovetsios, 31. Rodriqo Moledo, 39. Anastasios Xadziyovanis (11. Brayan Kabesas, 62), 78. Usman Kulibali.
Ehtiyat oyunçular: 15. Lyuk Stil, 6. Xristos Donis, 41. Stefanos Evangelu, 49. Sotiris-Panteleymon Pispas.
Baş məşqçi: Marinos Ozunidis.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…