Dünya futbolu
Avroliqada 3-cü təsnifat mərhələsi yekunlaşdı
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları…
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, bu gecə baş tutan oyunlarla mərhələyə yekun vurulub.
İlk oyun günündə "Austria" və "Suduva" Avroliqanın pley-offuna vəsiqəni səfər oyunlarında təmin etmişdilər.
Qitənin ikinci dərəcəli klub turnirindəki təmsilçimiz “Qəbələ” isə bu gün meydana çıxıb. Roman Qriqorçukun yetirmələri ilk oyunda səfərdə 0:1 hesabıyla uduzduğu “Panatinaikos”a Bakıda da 1:2 məğlub olub və mübarizəni dayandırıb.
Millimizin qolkiperi Kamran Ağayevin yenicə transfer olunduğu Çexiya "Mlada Boleslav"ı da Albaniyanın "Skenderbeu" klubunu keçə bilməyib. Əvəzində yığmamızın digər üzvü – Pavel Paşayevin yeni klubu "Aleksandriya" Ukraynadakı cavab matçında Rumıniya "Astra"sını mübarizədən kənarlaşdırmağı bacarıb. Hansı ki, rumınlar öncəki mərhələdə "Zirə"nin yolunu kəsmişdilər.
"İnter"i mübarizədən kənarlaşdıran Lüksemburq "Fola"sı da pley-offa çıxa bilməyib. İsveç "Ostersun"u bu komandaya səfərdə də qalib gəlib.
Türkiyənin Avroliqadakı təmsilçisi "Fənərbaxça" "Şturm" səddini çətinliklə də olsa, keçməyə nail olub.
Beləliklə, Avroliqada mərhələ adlayan adları aşağıda fərqləndirilmiş 29 komanda Çempionlar Liqasının 15 uğursuzuna qoşulacaq. Bu 44 komanda avqustun 4-də keçiriləcək püşkatmada 22 cüt təşkil edəcək.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
2 avqust
“Syon” (İsveçrə) – “Suduva” (Litva) 1:1 (ilk oyun – 0:3)
AEL (Kipr) – “Austriya” (Avstriya) 1:2 (0:0)
3 avqust
“Şkendiya” (Makedoniya) – “Trakai” (Litva) 3:0 (1:2)
“Dinamo” (Minsk, Belarus) – AEK (Kipr) 1:1 (0:2)
"Odd” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) 0:0 (1:2)
“Zenit” (Rusiya) – “Bney Yehuda” (İsrail) 0:1 (2:0)
“Aleksandriya” (Ukrayna) – “Astra” (Rumıniya) 1:0 (0:0)
"Apollon” (Kipr) – “Aberdin" (Şotlandiya) 2:0 (1:2)
"Sparta” (Çexiya) – “Srvena Zvezda” (Serbiya) 0:1 (0:2)
"Videoton” (Macarıstan) – “Bordo" (Fransa) 1:0 (1:2)
"Qəbələ" (Azərbaycan) – “Panatinaikos" (Yunanıstan) 1:2 (0:1)
“Fola” (Lüksemburq) – “Ostersun” (İsveç) 1:2 (0:1)
“Fənərbaxça” (Türkiyə) – “Şturm” (Avstriya) 1:1 (2:1)
“Lyunqbyu” (Danimarka) – “Krasnodar” (Rusiya) 1:3 (1:2)
“Maritimo” (Portuqaliya) – “Botev” (Bolqarıstan) 2:0 (0:0)
“Skenderbeu” (Albaniya) – “Mlada Boleslav” (Çexiya) 2:1 – penaltilər 4:2 (1:2)
PAOK (Yunanıstan) – “Olimpik” (Ukrayna) 2:0 (1:1)
“Lex” (Polşa) – “Utrext” (Hollandiya) 2:2 (0:0)
“Hayduk” (Xorvatiya) – “Brondbü” (Danimarka) 2:0 (0:0)
"Midtyulland” (Danimarka) – "Arka” (Polşa) 2:1 (2:3)
"Altax” (Avstriya) – “Gent” (Belçika) 3:1 (1:1)
“Atletik” (İspaniya) – “Dinamo” (Buxarest, Rumıniya) 3:0 (1:1)
“Milan” (İtaliya) – “Universtatya” (Krayova, Rumıniya) 2:0 (1:0)
"Ostende” (Belçika) – “Olimpik” (Marsel, Fransa) 0:0 (2:4)
"Rujomberok” (Slovakiya) – “Everton” (İngiltərə) 0:1 (0:1)
“Osiyek” (Xorvatiya) – PSV (Hollandiya) 1:0 (1:0)
“Panionios” (Yunanıstan) – “Makkabi” (Təl-Əviv, İsrail) 0:1 (0:1)
"Domjale” (Sloveniya) – “Frayburq” (Almaniya) 2:0 (0:1)
“Braqa” (Portuqaliya) – AİK (İsveç) 2:1 (1:1)