Bizi izləyin

Ölkə futbolu

“Qarabağ”la “Qəbələ”ni itirməyək

“Qəbələ” ilə “Panatinaikos”un oyununun yek…

blank
“Qəbələ” ilə “Panatinaikos”un oyununun yekun nəticəsi klubun taleyinin həlli baxımından həlledici ola bilməz. Olmamalıdı. Məğlubiyyət də mümkündü, heç-heçə də, bir işə yaramayan qələbə hesabı da. Lap “qırmızı-qaralar” bu rəqibi keçin, pley-offda da dayana bilər.
 
Perspektivdəki istənilən nəticə klubun sabahını müəyyən edəcək. Yaxşı nəticə klubun ayaqda qalması, ən azı indiki səviyyədə yaşaması üçün stimul olacaqsa, uğursuzluq bütün iddialardan əl çəkilməsi, “Qəbələ”nin az maliyyəylə baş qatan sıradan bir kluba çevrilməsi baxımından həlledici məqam ola bilər. Şübhələr, gəzən söz-söhbətlər bu tiplidi.
 
Amma belə olmamalıdı. Nəvaxtsa “Qarabağ”ı da belə aqibət gözləyə bilər. Halbuki ölkə futbolunun ayaqda qalması, inkişafı, markaya çevrilməsi baxımından bu 2 klub böyük işlər görüb. Öz hesablarına, sponsorların, rəhbərliyin, məşqçi və futbolçuların səyi nəticəsində. Hamının uğursuz şuralaşma oyununa getdiyi zamanda ən doğru yolu seçən və ən yaxşı nəticələrə imza atan bu 2 klubu qorumaq, onlara dayaq durmaq lazımdı. Və bu, indiki halda həm də dövlətin idman siyasətinə nəzarət edənlərin vəzifə borcudu.
 
“Böyük beşlik” ölkələri, ikinci eşelon komandaları – Avropanın elit turnirlərində yalnız onların təmsilçiləri qalıb. Bundan başqa, bir neçə ölkə var ki, 1 təmsilçisi belə yarışlarda təmsil olunur və onlardan da biri Azərbaycandı. Hanı Macarıstan, Polşa, Slovakiya, Çexiya, Avstriya klubları? SSRİ vaxtı həsəd apardığımız Rusiya, Ukrayna komandaları yalnız illər boyu yığdığı reytinqə görə hələ də ayaqdadı, həsrət çəkdiyimiz BATE, qruplarda gördüyümüz “Şerif” indi bizim paxıllığımızı çəkir. “Qarabağ” ardıcıl 4-cü dəfədi qruplarda oynayacaq, “Qəbələ” 3-cü zəfərə doğru gedir.
 
Artıq sabitlik var, Azərbaycan futbolu da 2 klibin sayəsində kiçik markadı. Nəyə görə onların daimi flaqman olmasını, digərlərin isə bu rəqabətə öyrəşib, özünü inkişaf etdirməsinə dəstək olmayaq? Axı, idman da siyasətin bir qoludu və ölkənin imicinin yaxşılaşdırılması, Qarabağ probleminin müsbət həlli istiqamətindəki təbliğatda bu vasitə də çox vacibdi. Daha az xərclə daha böyük nəticə qazandığımız bu layihədən niyə imtina edək?
 
Ola bilər, “Qəbələ” istəyinə çatmayacaq – çətin vəziyyətdi. Lakin buklubun məhvinə imkan vermək olmaz, əksinə, kluba dayaq durmaq, hazır mexanizmi daha da canlandırmaq lazımdı. Ölkə futboluna son 10 ildə 2-3 milyard manat xərclənib, nəticələr isə dəyişməyib, yerimizdə sayır, hətta geri gedirik. Yalnız 2 klub ümumi fonda parlaq nəticələrlə yadda qalıb və indi onlar da uçurumun kənarındadı, bataqlıq onları özünə tərəf çəkir. Rəqabətsizlik, sərt limit qaydaları, maddi uçurumdan irəli gələn qısqanclıq bu komandaları sıradan çıxara bilər. Halbuki onlara dövlət səviyyəsində dayaq durmaq, digərlərinin də bu 2 klubun təcrübəsindən yararlanaraq inkişafına nail olmaq lazımdı.
 
“Qarabağ” Çempionlar Liqasının qapısını döyür. Milyonlar xərcləyib Azərbaycana şou üçün gətirə bilməyəcəyimiz ulduzlar indi məcburən Bakıya səfər etməlidi. “Barselona”, “Yuventus”, “Çelsi”, “Bavariya” və daha neçə-neçə klub yolunu Respublika stadionundan sala bilər. “Qəbələ” “Fənərbaxça”, “Arsenal”, “Ayaks” və daha neçə kluba rəqib olub onları ölkəmizə gətirəcək. Bundan gözəl təbliğat, bundan gözəl nəticə ola bilərmi?
 
Futbol böyük oyundu, kiçik maraqlar xatirinə onun inkişafını əngəlləmək olmaz. Əlimizdəki incinin qədrini bilməli, onu qorumalıyıq. Bu gün “Qəbələ”nin perspektivi sual altındadı, sabah “Qarabağ”a görə narahat olacağıq, onları itirsək, növbəti illərdə ümidimiz də qalmayacaq, hər şeyə sıfırdan başlamalı, bunun üçün illəri, milyonları sərf etməli olacağıq. Halbuki həmin milyonları bu klublar indi özləri qazanır, xərclənən pulları geri qaytarırlar. Beynəlxalq futbol qurumlarından gələn pullar xərclərin böyük qismini bağlayır, daha da irəli getməklə misilsiz qazanc da əldə etmək mümkün olacaq.
 
Futbol həm də biznesdi. Əyləncə, təbliğat, nüfuz, qazanmaq imkanı. Qazanclı əyləncədən imtina etmək olarmı?
 
AĞA
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-06 00:03

“Qəbələ”də üç itki

blank
Dünya futbolu2024-05-05 23:38

“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı

blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Premyer-liqa2024-05-05 20:00

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəyəm” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Dünya futbolu2024-05-05 09:30

“Şeffild Yunayted” son 100 ildə 100 qol buraxan ilk komanda oldu

blank
Premyer-liqa2024-05-05 09:11

“Turan Tovuz” “Zirə”yə, “Araz-Naxçıvan” “Sabah”a qarşı

blank
Digər idman növləri2024-05-05 08:52

Daha bir ulduz tennisçi Roma turnirində olmayacaq

blank
Digər idman növləri2024-05-05 08:35

Mayamidə Ferstappen sprintin qalibi oldu

blank
Digər idman növləri2024-05-05 08:17

Avroliqa iştirakçıları səsvermə ilə seçiləcək

blank
Ölkə futbolu2024-05-05 08:00

“Sumqayıt”a son dəqiqə şoku, “Neftçi” üçün 5 ballıq zəlzələ

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm