Milli komanda
Millimizin rəqibi ciddi itki ilə üzləşdi
“Millidə ilk qolumu iyunda vurdum. Daha sonra dünya &ccedi…
“Millidə ilk qolumu iyunda vurdum. Daha sonra dünya çempionatının seçmə mərhələsində Azərbaycana qarşı oynadım. Bizim üçün vacib görüş idi”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının üzvü Liam Boys deyib.
26 yaşlı hücumçu yeni klubu “Barton Albion”un heyətində zədələnib. Dizindən ağır xəsarət alan Boysun 7 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.
Ölkəsinin mətbuatına açıqlama verən forvard məyus olduğunu bildirib. Bununla belə, o, dünya çempionatının final mərhələsində oynamaq arzusunu gizlətməyib: “Zədələndiyim anda dizimin qırılmasının səsini eşitdim. Bu, pis əlamət idi. Maqnit Rezonans Tomoqrafiyasına (MRT) gedəndə zədəmin ciddi olmadığına ümid edirdim. Amma pis xəbər aldım. Bu qədər uzun müddətə sıradan çıxdığımı öyrənmək qorxunc idi. Çünki ötən mövsümü yaxşı keçirmişdim. Millinin baş məşqçisi Maykl Onilin inamını qazana bilmişdim. O, Yeni Zelandiya ilə yoxlama matçı və Azərbaycanla rəsmi oyunda mənə şans vermişdi. San-Marino və Çexiya ilə sentyabrda keçiriləcək görüşlərdə də iştirak edəcəkdim. Seçmə mərhələnin qalan hissəsini buraxmaq mənə çox çətin olacaq. Ümid edirəm ki, Şimali İrlandiya yığması mundiala vəsiqə qazana biləcək və həmin vaxta qədər tam hazır olacam”.
Qeyd edək ki, Boysun forma geyindiyi oyunda britaniyalılar Bakıda millimizi 1:0 hesabı ilə üstələmişdilər. Apasport
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…