Ölkə futbolu
AFFA rəsmisi Türkiyə prezidenti ilə görüşdü – VİDEO
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları…
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Fənərbaxça” – “Şturm” matçını (1:1) izləyənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da olub. Futbolinfo.az qardaş ölkə mətbuatına istinadla xəbər verir ki, o, görüşdən sonra mərhələ adlayan “sarı-lacivərtlilər”lə görüşüb.
Paltardəyişmə otağına daxil olan Ərdoğan “Fənərbaxça”nın məşqçi korpusu və futbolçularını bir-bir təbrik edib. Türkiyə prezidenti daha sonra hakimlər otağına yollanıb. Matçın referisi və onun köməkçiləri ilə əl sıxan Ərdoğan oyunun hakim-inspektoru olan həmyerlimiz, AFFA rəsmisi Asim Xudiyevlə də görüşüb.
Qeyd edək ki, ilk görüşdə 2:1 hesablı qələbəyə sevinən “Fənərbaxça” Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi