Bizi izləyin

Ölkə futbolu

“Qəbələ”nin gözlənilən vidası

“Qarabağ” rəqib gözləyir. Az sonra atılacaq p&uum…

blank
“Qarabağ” rəqib gözləyir. Az sonra atılacaq püşk təmsilçimizin tarixi zəfər yolundakı son əngəlinin adına aydınlıq gətirəcək.
 
“Qəbələ”  üçün isə hər şey bitdi. “Qırmızı-qaralar” qitə səhnəsinə qayıtmaq üçün daha bir mövsüm gözləməli, buna qədər ölkə çempionatında çətin olmayan vəzifənin öhdəsindən gəlməlidilər.
 
Roman Qriqorçukun yetirmələri bizi elə öyrəşdirmişdi ki, təmsilçimizin “Panatinaikos”u keçib, ardıcıl 3-cü dəfə Avropa Liqasının qrupuna vəsiqə qazanacağına inanırdıq. Lakin oyun istənilənin hər dəfə reallaşmadığını, bunun üçün daim güclü olmağın gərəkdiyini göstərdi.
 
14-cü dəqiqə hesab artıq 3:0 olmalı idi. Evində tək qolla qalib gələn qonaqlar Bakıda da daha diribaş idi. “Qəbələ”nin startdakı canfəşanlığına real qol vəziyyətləri ilə cavab verən “Pao”nun hesabı açmamasına görə bəxtə minnətdar olmalıyıq. Daha sonra oyunu bərabərləşdirən təmsilçimiz hissənin sonunda özü qola yaxın oldu.
 
Real qüvvələr nisbətinin əksinə olaraq, “Qəbələ” fasilədən qayıdan kimi hesabı açdı. Stiven Josef-Monrosun əla kombinasiyadan sonrakı fərdi ustalığı rəqib oyunçunu avtoqola məcbur etdi. Amma mərkəzdəki ardıcıl səhvlər, yersiz top itkiləri 10 dəqiqəlik sevinci bitirdi. Yunanların cavab qolu həm də əlavə vaxtın olmayacağını rəsmiləşdirdi. Çox keçməmiş əvəzetmədən oyuna daxil olanların yaratdığı daha bir epizod və İlqar Qurbanovu qazona sərən rəqib qələbə qolunu vurdu.
 
Artıq möcüzəyə ümid yox idi. “Qəbələ” daha 3 qol vurmalı idi – bu isə mümkünsüz görünürdü. Bunu hamıdan əvvəl anlayan Qriqorçuk əvəzetmələrə başladı və Premyer Liqanın ilk turunda “İnter”ə qarşı oyunun məşqinə başladı. Meydanda yerli oyunçuların sayı artdı, hamı vaxtın bitməsini gözləməyə başladı. Düzdü, son dəqiqələrdə “Qəbələ” ən azı uduzmamaq üçün cəhdlər etdi, lakin güclü rəqib buna da imkan vermədi.
 
Uzun fasilədən sonra himayədarı olduğu komandanı stadionda izləyən Kəmaləddin Heydərov erkən getdi. Digər rəhbər şəxslər də çox məyus görünmürdü. Son illər möcüzələrə imza atıb qrupda oynayan komanda sadəcə, bu dəfə bacarmadı. Yenidən həmin iddianı qaytarmaq üçün bir illik zaman var və ciddi/yersiz islahatlar olmasa, “Qəbələ” bunu yenə bacaracaq.
 
“Qəbələ”nin pley-offa yüksəlməməsinin səbəbi təkcə rəqibin güclü olması deyildi. Təmsilçimiz daha güclü rəqibləri də yolundan təmizləyib, elə həmin “Pao”nu keçib. Budəfəki uğursuzluğun əsas səbəbi heyətin ciddi şəkildə yenilənməsi oldu. Qriqorçuk birdən-birə 10-12 oyunçunu dəyişdi və yeniləri güclü yumruğa çevirməyi bacarmadı. Daha bahalı və səviyyəli oyunçulardan qurulan “Panatinaikos”u yalnız komanda oyunu, əzmkarlıq sayəsində krçmək olardı. “Qəbələ” məhz komanda olmağı bacarmadı.
 
Yeni transferlər haqqında pis danışmaq olmur – hər biri fərd olaraq bacarıqlı oyunçulardı, müsbət keyfiyyətləri var. Amma onların bir-birinə uyğunlaşması, vahid mexanizmə çevrilməsi üçün 2 ay, 3-4 oyun kifayət etmədi. Bəlkə də Nika Kvekveskirini fədakarlıq edib saxlamaq, xələfindən daha yaxşı olan Rikardinyonu göndərməmək, “ansambl”a uyğunlaşmış Daniel Subotiç, Rəşad Sadiqov, Teo Uiksə daha bir şans vermək olardı. Bəlkə…
 
Artıq olan oldu. İndi “Qəbələ” səhvlərdən nəticə çıxarmalı, sabit heyət quruculuğuna başlamalıdı ki, yenidən Avropa kuboklarına döyüşkən ruhda qayıtsın. Hələliksə “Qarabağ”la kifayətlənəcəyik…
 
AĞA
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-22 01:53

PSJ və “Monako”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-22 01:35

“Real”dan “Barselona” üzərində əzmkar qələbə

blank
Dünya futbolu2024-04-22 01:21

“Fiorentina” və “Atalanta” səfər qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 00:08

“Bayer” “Borussiya”ya da uduzmadı

blank
Dünya futbolu2024-04-21 23:53

“Liverpul”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-21 23:37

Finalda Mançester derbisi olacaq

blank
Dünya futbolu2024-04-21 23:24

Rahil Məmmədovun komandası “Lex”ə uduzdu

blank
Dünya futbolu2024-04-21 23:16

Renatlı “Hatayspor” uduzdu, “Qalatasaray” qalib gəldi

blank
Premyer-liqa2024-04-21 22:41

“Oyun planında komandaya etirazım yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-21 22:24

“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-21 21:59

“Araz-Naxçıvan” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Əvəzedicilər2024-04-21 21:25

“Qarabağ-2” məğlubiyyətə üzüldü

blank
Premyer-liqa2024-04-21 20:55

“Səbail” “Araz-Naxçıvan”a qalib gəldi

blank
Premyer-liqa2024-04-21 20:21

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-21 20:00

Büdrəyən olmadı, bir oyun baş tutmadı

blank
Premyer-liqa2024-04-21 19:38

“İkinci hissədən məmnun deyiləm” – Renduliç

blank
Premyer-liqa2024-04-21 19:19

“Gələn oyunlara köklənməliyik” – Adil Şükürov

blank
Digər idman növləri2024-04-21 18:58

Azərbaycanın gimnastika millisi Praqada gümüş medal qazandı

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm