Dünya futbolu
"Kadis"in baş məşqçisi Eddi İsrafilovla bağlı qərarını açıqladı
İspaniyanın "Kadis" klubunun baş məşqçisi Alvaro…
İspaniyanın "Kadis" klubunun baş məşqçisi Alvaro Kervera komandasının növbəti mövsümə hazırlığından, keçirilən yoxlama oyunlarından danışıb. Futbolinfo.az xəbər verir ki, o, bu klubun şərəfini qoruyan Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun durumuna da toxunub:
"Komandamızın vəziyyətinin normal olması bizi sevindirir. Yaxşı hazırlıq keçirik və düşünürəm ki, çempionatın startına qədər hazır vəziyyətdə olacağıq. Bəzi futbolçuların durumu məni narahat edir. Elə oyunçular var ki, onlar haqda yekun qərar verməmişik. Məsələn, Eddi İsrafilovun komandadakı gələcəyi qeyri-müəyyən idi. Hətta ona görə bir neçə təklif də almışdıq. Lakin onu saxlamağa qərar verdik. O, məşqlərdə hamı kimi işləyir. Eddi bizim üçün önəmli oyunçudu. Fikrimcə, çempionatın gedişinda komandamıza xeyir verə biləcək".
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO