Ölkə futbolu
"Qəbələ" Gürcüstan klubuna qalıb gəldi
Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbə…
Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici komandası ikinci yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” “Saburtalo” klubunun əvəzedici komandası ilə görüşüb. Gürcüstan təmsilçisi bu oyunda əsas və U-19 komandalarının üzvlərinin də yer aldığı qarışıq heyətdən istifadə edib. Görüş Elmar Baxşıyevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Gərgin mübarizə şəraitində keçən görüşün ilk yarısında hesabı Ülvi İsgəndərov açıb. Matçın ikinci hissəsində isə Ravil Yusifli dubl müəllifi olub.
Xatırladaq ki, "Qəbələ" avqustun 2-də keçirdiyi Gürcüstandakı ilk yoxlama oyununda Tiflis “Dinamo”sunun əvəzediciləri ilə qarşılaşıb və matçda qolsuz bərabərlik qeydə alınmışdı.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə