Dünya futbolu
Paşayev 90 dəqiqə oynadı, komandası…
Futbol üzrə Ukrayna çempionatında 4-cü turun oyunla…
Futbol üzrə Ukrayna çempionatında 4-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Çernomorets"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Start heyətdə meydana çıxan millimizin üzvü bu görüşün sonunadək meydanda olub. O, 25-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
"Aleksandriya" 4 turdan sonra 3 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.