Dünya futbolu
Hollandiyalı futbolçu “Beşiktaş”da – FOTO
Türkiyə çempionu “Beşiktaş” heyətini yeni …
Türkiyə çempionu “Beşiktaş” heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, “qartallar” İngiltərənin “Sanderlend” klubunun hücumçusu Jermeyn Lensi heyətinə cəlb edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
29 yaşlı futbolçu sosial şəbəkədi şəxsi hesabında “Beşiktaş”ın formasında şəkil də paylaşıb. Türkiyə mətbuatında İstanbul klubunun Hollandiya millisinin üzvünün transferi üçün 5 milyon avro ödədiyi qeyd edilib. "Qartallar"ın artıq Türkiyədə olan futbolçu ilə qısa zamanda rəsmi müqavilə imzalaması gözlənilir.
Xatırladaq ki, Lens son mövsümü icarə əsasında Türkiyənin digər klubu “Fənərbaxça”da keçirib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə