Dünya futbolu
MS-nin sabiq hücumçusu Türkiyə klubunda
Türkiyə birinci liqa təmsilçisi “Samsunspor”…
Türkiyə birinci liqa təmsilçisi “Samsunspor” heyətini iki yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, aşağı liqa təmsilçisi iki yunan futbolçuyla anlaşıb. Samsun klubu hücumçu Georgios Samarası və qapıçı Mixalis Sifakisi heyətinə cəlb edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Hər iki futbolçu vaxtilə Yunanıstan millisində də çıxış edib.
Xatırladaq ki, Samaras karyerası ərzində “Mançester Siti”, “Seltik” və “Vest Bromviç” kimi klubların şərəfini qoruyub. Hücumçunun son klubu İspaniya Sequnda təmsilçisi “Saraqosa” olub.
Sonda onu da qeyd edək ki, millimizin sabiq müdafiəçisi Ufuk Budak da hazırda "Samsunspor"un heyətində çıxış edir.