Müsahibə
Jezniçak polşalılara erməni işğalından danışdı: "Çox gözəl komandaya gəlmişəm"
"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezni…
"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib. Futbolinfo.az həmin müsahibəni təqdim edir:
– Əvvəlcə, Çempionlar Liqasında (ÇL) "Şerif"lə ikinci oyundan sonra burnunuzun və barmağınızın qırılmasından şikayətlənməyinizdən danışardınız…
– Düzdür, burnumda sınıq var idi. Lakin bunun üçün xüsusi maskaya ehtiyac yoxdu. Həkimlər də hər şeyin qaydasında olduğunu bildiribilər. Barmağım da pis deyil. Əsas odur ki, "Qarabağ" pley-off-a yüksəldi. Bu komanda, ümumiyyətlə, heç bir Azərbaycan klubu pley-off mərhələsində oynamayıb. Tarixi bir şansdı. Qrupa da vəsiqə qazana bilərik. Rəqibimiz güclü "Kopenhagen" olacaq. Onların güclü olduğunu dana bilmərik. Amma sürpriz edib qrup mərhələsində oynamaq istəyirik. İkinci dəfə ÇL-in qrupunda oynamaq mənim üçün möhtəşəm olardı.
– Siz yolunuza davam etsəniz də, sabiq klubunuz "Legiya" isə "Astana"ya uduzdu. Uzun illər şərəfini qoruduğunuz komandanız "Qarabağ"ın III təsnifat mərhələsində məğlub etdiyi "Şerif"lə qarşılaşacaq…
– "Şerif" zəif komanda deyil. Biz onlarla oyunda asan qələbə qazanmadıq. Lakin "Legiya" fərdi cəhətlərdən də, komanda şəklində rəqibdən güclüdü. Polşa çempionu Moldova klubunu keçməyə borcludu.
– "Şerif"in stadionunu necə xatırlayırsınız? Orada azarkeşlər ab-hava yarada bilirlər?
– Yaxşı stadionları var. Ümumiyyətlə, komandanın əla bazası mövcuddu. Yəni çətin olacaq.
– "Legiya"nı tərk etmək qərarını Azərbaycandakı yaxşı maliyyə imkanlarına görə verdiniz. Çünki bu ekzotik qərar idi…
– Menecer Azərbaycandan təklif olduğunu bildirəndə yaxşı maliyyə imkanlarına işarə verdi. Fikrimcə, heç də yanılmadım. Bugünki qərarımdan razıyam və xoşbəxtəm. Çünki maliyyə bir yana çox gözəl komandaya gəlib düşmüşəm. Baza və stadion var. Komanda yaxşı oyun göstərir. Bakıda günəş var və mən günəşi çox sevirəm. Bura gəldiyim gündən yaxşı yağmayıb və deyəsən havanın belə bir niyyyəti də yoxdu.
– Polşada oynayan kiminləsə orada görüşdün?
– "Yagielloniya"da çıxış etmiş Dani Kintana var. Həmçinin Donald Gerrye "Visla" da oynayıb vaxtilə.
– Sizin komanda Ağdam klubu olsa da, Bakıda oynayır. Bu mürəkkəb hekayə haqqında bizə nə danışa bilərsiz?
– Ağdam klubu uzun illər əvvəl qurulub. Lakin şəhər Ermənistan tərəfindən işğal olunub. Bu səbəbdən biz Bakıda oynayırıq. Amma burada xeyli azarkeşimiz var. Böyük məqsədləri olan komandayıq. ÇL və çempionluq üçün mübarizə aparırıq və hamısına nail olacağıq. (Sport24)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə