Əvəzedicilər
"Qəbələ"dən 2-ci heç-heçə
“Qəbələ”nin əvəzedici komandası növbəti yoxlam…
“Qəbələ”nin əvəzedici komandası növbəti yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Gürcüstanda keçirilən təlim-məşq toplanışı çərçivəsində son matçda qüvvəsini sınayıb.
Öncə Tiflis “Dinamo”su (0:0) və “Saburtalo”nun (3:1) əvəzediciləri ilə görüşən Elmar Baxşıyevin yetirmələri qonşu ölkədəki üçüncü qarşılaşmasında “Lokomotiv”lə görüşüb. “Dəmiryolçular”ın əvəzedici heyəti ilə matçda hesabı “Qəbələ” açıb. Nurlan Quliyevin penaltidən vurduğu qol komandamıza fasiləyə üstün yollanmağa imkan verib. Lakin meydan sahibləri oyunun ikinci yarısında fərqlənməyə nail olub – 1:1.
Beləliklə, "Qəbələ" Gürcüstan toplanışını heç-heçə ilə başa vurub. Bu gün Qəbələyə qayıdacaq “qırmızı-qaralar” ikigünlük istirahətdən sonra çempionatın ilk turunun hazırlıqlarını davam etdirəcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə