Ölkə futbolu
“İnter” Svanadze ilə yeni müqavilə imzaladı
Bakının “İnter” klubu əsas komandanın baş məşq&cce…
Bakının “İnter” klubu əsas komandanın baş məşqçisi Zaur Svanadze ilə yeni müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında 59 yaşlı gürcüstanlı mütəxəssis bildirib.
O deyib ki, sözləşmənin müddəti 2017/2018 mövsümünün sonuna qədər nəzərdə tutulub. Z.Svanadze məşqçilər korpusunda da heç bir dəyişikliyin olmayacağını söyləyib.
Qeyd edək ki, Z.Svanadze 2015-ci ilin iyununda “İnter”in baş məşqçisi postunda Kaxaber Sxadadzeni əvəzləyib. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti iyun ayında başa çatıb.