Ölkə futbolu
"Qarabağ"ın rəqibinin azarkeşləri polislərlə dalaşdı – VİDEO
Danimarka Super Liqasında "Brondbü" ilə "Kopenha…
Danimarka Super Liqasında "Brondbü" ilə "Kopenhagen" arasındakı 4-cü turun mərkəzi oyununda dava düşüb. Futbolinfo.az xəbər verir ki, qonaq komanda fanatları ilə polislər və hakim-inspektor arasında amansız döyüş baş verib.
Çaxnaşma 90-cı dəqiqədə meydan sahiblərinin hesabı açmasından sonra yaşanıb. Həmin vaxt inspektorun başına zərbə endirilib. Meydana girən "Kopenhagen" azarkeşlərini çətinliklə tribunaya qaldırmaq mümkün olub.
Hadisə ilə əlaqədar 4 nəfər həbs olunub. Oyunda 20 dəqiqəlik fasilə yaranıb. Görüş davam etdirildikdən sonra nəticə dəyişməyib və "Brondbü" 1:0 hesablı qələbə qazanıb. Baş verənlərlə əlaqədar "Kopenhagen" klubu bəyanat yayaraq, azarkeşlərinin hərəkətini biabırçılıq adlandırıb. Klub müvafiq orqanlarla birgə qanun pozucularını aşkara çıxararaq, cəzalandırılmasına nail olacaqlarını bildirib.
Qeyd edək ki, "Kopenhagen" Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək. İlk oyun avqustun 15-də Bakıda, cavab matçı avqustun 23-də Danimarka paytaxtında olacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə