Bizi izləyin

Müsahibə

Kanibolotski: “Qarabağ” Ukrayna çempionatında oynasaydı…"

“Qarabağ”ın ukraynalı qapıçısı Anton Kanibolo…

blank

“Qarabağ”ın ukraynalı qapıçısı Anton Kanibolotski ölkəsinin mətbuatına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli qolkiper Ağdam klubuna keçidi, sabiq komandası “Şaxtyor” və digər məqamlar haqda danışıb.

– Azərbaycana getmək qərarınız Ukraynada çoxunu təəccübləndirdi. Seçiminizdə nə rol oynadı?
– Hər şey sadədi: “Qarabağ”ın təklifi bütün variantların içində ən ciddisi idi. Azərbaycan klubu mənimlə real şəkildə maraqlandı. Fikirləşdim ki, rəhbərlik və məşqçilər korpusu məni heyətdə görmək istəyirsə, niyə də özümü sınamayım?
 
– Digər klublardan da təklif almışdınız? Ukraynada qalmaq variantınız var idi?
– Başdan deyim ki, karyeramı Ukraynada davam etdirmək variantına, ümumiyyətlə, baxmadım. “Şaxtyor” kimi komandadan ayrılıb, ölkənin digər klubuna keçmək məntiqlidimi? Özünüz də başa düşürsüz ki, sabiq komandamda olan şərtlər “Dinamo” istisna olmaqla, Ukraynanın heç bir klubunda yoxdu. Buna görə də, çempionatımızın digər təmsilçisinə keçid karyeramda geriyə atılmış addım olardı.
 
– “Şaxtyor”da heç cür əsas qapıçı ola, “11-lik”dən Andrey Pyatovu çıxara bilmədiniz. Komandanızı bir qədər tez dəyişməli deyildiniz?
– Müqaviləm var idi, buna görə də, təkcə öz istəyimlə hərəkət edə bilməzdim. “Şaxtyor”da keçirdiyim vaxta görə təəssüflənmirəm. Donetsk klubu ilə 3 dəfə Ukrayna çempionatı, 3 dəfə ölkə kuboku və Ukrayna Superkubokunun qalibi adını qazandım. Hər ukraynalı futbolçu bu qədər mükafat əldə etmir.
 
– “Qarabağ”a keçidinizlə bağlı nə deyə bilərsiz?
– Karyeramda yeni mərhələdi. Dəyişiklik etmək istədim. Ukraynada qalmaqda məna görmədim. Vəziyyəti dəyişməyə, yeni bir şey öyrənməyə can atırdım. Deyərdim ki, təkcə karyeramda yox, həm də həyatımda yeni mərhələ başladı. Bu vaxta qədər ölkəmdən kənarda yaşamamışdım.
 
– “Şaxtyor”dan Azərbaycan klubuna keçid irəliyə, ya geriyə atılmış addımdı?
– Hələ bu suala cavab verə bilmərəm. Seçimimin doğru olub-olmadığını zaman göstərəcək.
 
– Yeni komandanıza uyğunlaşa bilmisizmi? “Qarabağ” haqda ümumi fikirləriniz necədi?
– Hər şey yaxşıdı. Komanda yoldaşlarım məni çox isti qarşıladılar. Məişət problemim yoxdu. Deyə bilərəm ki, “Qarabağ” qarşısına maksimum hədəflər qoyan, çox ciddi klubdu.
 
– “Qarabağ” Ukrayna Premyer Liqasında çıxış etsəydi, hansı pilləni tutardı?
– “Şaxtyor”la ayaqlaşmaq çətin olar. Amma “üçlüy”ə düşmək uğrunda mütləq mübarizə apara bilərdik. “Şaxtyor” və”Dinamo”dan başqa Ukraynanın bütün komandaları ilə eyni səviyyədə oynamaq, onları məğlub etmək gücündəyik.
 
– Çempionlar Liqasında (ÇL) “Şerif”lə matçlarda “Qarabağ”ın qapısını niyə İbrahim Şehiç qorudu? İndiki məqamda komandanın əsas qolkiperi odu?
– İbrahim 2013-cü ildən klubdadı. Bu müddət ərzində 4 dəfə çempion adını qazanıb, 3 dəfə isə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Amma inanıram ki, mənə də etibar edəcəklər, oynayacağam. Əks halda, məni komandaya dəvət etməyin nə mənası var idi?

– “Qarabağ” qarşısına Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyub?
– Avrokuboklarda bacardığımız qədər irəliləmək niyyətindəyik. Təbii ki, ÇL-in qrup mərhələsinə düşməyi çox istərdik. Axı bu, Avropada çıxış edən hər futbolçu üçün yüksək göstəricidi. (Apasport)

Reklam

Reklam


blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Digər idman növləri2024-05-03 17:31

Qazaxıstan qran-prisi bu dəfə selə görə təxirə salındı

blank
Digər idman növləri2024-05-03 17:17

“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm