Dünya futbolu
Messi İspaniyada ən yaxşı oyunçu seçildi
“Barselona”nın argentinalı futbolçusu Lionel Mess…
“Barselona”nın argentinalı futbolçusu Lionel Messi İspaniya çempionatı tarixinin ən yaxşı oyunçusu seçilib.
Futbolinfo.az xəbər verir ki, İspaniya futbol tarixinin tədqiqat və statistika mərkəzi (CIHEFE) tərəfindən aparılan təhlildən sonra belə qənaətə gəlinib.
Araşdırma çərçivəsində 9280 futbolçu və 86 ölkə çempionatı nəzərdən keçirilib. Təhlil zamanı oynanılan dəqiqələr, qollar, avtoqollar və qırmızı vərəqələr əsas götürülüb.
Hesabında 349 qolu olan Lionel Messi 545 bal toplayıb. İkinci pillədə 528 balla “Real Madrid”in sabiq futbolçusu Raul Qonsales (1994-2010) qərarlaşıb. Üçüncü yeri isə “Barselona”da çıxış etmiş Sesar Sançes (1939-1955) tutub – 524 bal.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib. O, Kataloniya təmsilçisinin heyətində 8 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu, eyni sayda Çempionlar Liqasını qazanıb. 30 yaşlı hücumçu 5 dəfə “Qızıl top”a layiq görülüb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə