Dünya futbolu
Lempardın yeni iş yeri bəlli oldu
Futbol üzrə İngiltərə millisinin və Londonun “Ç…
Futbol üzrə İngiltərə millisinin və Londonun “Çelsi” klubunun sabiq futbolçusu Frenk Lempard bundan sonra televiziyada çalışacaq.
Futbolinfo.az xəbər verir ki, 39 yaşlı veteran futbolçu Çempionlar Liqasının və İngiltərə Premyer Liqasının matçlarının bir hissəsinin yayım hüququna sahib olan “BT Sport”da fəaliyyət göstərəcək. O, məsləhətçi qismində işləyəcək.
“BT Sport” bir müddət əvvəl İngiltərə yığmasının və “Liverpul”un sabiq futbolçusu Stiven Cerrardla da müqavilə imzalayıb.
Qeyd edək ki, Frenk Lempard karyerası ərzində 106 dəfə İngiltərə millisinin formasını geyinib və 29 qola imza atıb. O, "Çelsi"nin heyətində Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Premyer Liqası və ölkə kubokunun qalibi olub. Veteran futbolçu bütün dövrlərdə London təmsilçisinin ən yaxşı bombardiridir. Onun hesabında 648 oyuna 211 qol var.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq