Dünya futbolu
Lens rəsmən "Beşiktaş"da
Hollandiya yığmasının yarımmüdafiəçisi Cermeyn Lensi…
Hollandiya yığmasının yarımmüdafiəçisi Cermeyn Lensin Türkiyənin "Beşiktaş" klubuna keçidi tam rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə İstanbul nəhənginin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, futbolçu İngiltərənin "Sanderlend" klubundan 1 illik icarəyə götürülüb. "Beşiktaş" sözügedən kluba Lensin bir illik icarəsi üçün 1 milyon 500 min avro ödəyəcək. Futbolçunun özünə isə bir mövsüm üçün 2 milyon 200 min avro veriləcək. Lens yeni klubunun qazanacağı hər xala görə əlavə 4 min avro gəlir əldə edəcək. O, 25-dən çox rəsmi oyun (Türkiyə kubokunun oyunları nəzərə alınmır) keçirəcəyi halda əlavə 100 min, 35-dən çox oyuna çıxacağı halda daha 50 min avro qazanacaq. Qitə birinciliklərində mümkün çempionluq isə futbolçuya daha 200 min avro bonus qazandıracaq.
"Beşiktaş" hollandiyalı futbolçunun transfer hüququnu almaq şansına da sahibdi. Lensin transfer qiyməti 4.089.000 avro civarındadı. Super Liqanın son qalibi futbolçunun transfer hüququndan yararlanmağa başlasa, Lensə 2018/19 mövsümündə 2.250.000, 2019/20 mövsümündə 2.300.000, 2020/21 mövsümündə 1.950.000, 2021/22 mövsümündə isə 1.800.000 avro ödəməlidi.
Qeyd edək ki, Lens ötən mövsümü icarə əsasında Türkiyənin digər nəhəngi "Fənərbaxça"da keçirib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq