Dünya futbolu
İsveçrə yığmasının üzvü Super Liqa klubunda
Türkiyənin "Antalyaspor" klubu növbəti transferi…
Türkiyənin "Antalyaspor" klubu növbəti transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi İsveçrə yığmasının Fil Dişi Sahili əsilli futbolçusu Yohan Djurunu heyətinə qatıb.
Bu barədə Antalya klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Djuru London "Arsenal"ının yetirməsidi. O, peşəkar karyerasına da 2004-cü ildə məhz bu komandada başlayıb. London təmsilçisində 80-dən çox oyun keçirən mərkəz müdafiəçisi "Birmingem Siti", "Hannover", "Hamburq" klublarına icarəyə də verilib. 2014-cü ildə isə "Hamburq" bu futbolçunu "Arsenal"dan birdəfəlik alıb. Həmin dövrdən bəri Almaniyada çıxış edən Yohan geridə qalan mövsümdə 16 oyunun iştirakçısı olub.
Djuru İsveçrənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında çıxış etdikdən sonra, 2006-dan bəri əsas millinin şərəfini qoruyur. O, bu komandada 61 oyun keçirib, 2 qol vurub.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı