Dünya futbolu
Sneyder rəsmən Fransa klubunda
Türkiyənin “Qalatasaray” klubundan ayrılan Uesli Sn…
Türkiyənin “Qalatasaray” klubundan ayrılan Uesli Sneyderin yeni iş yeri bəlli olub.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu karyerasını Fransa Liqa 1 təmsilçisi “Nitsa”da davam etdirəcək. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Hollandiyalı yarımmüdafiəçiylə 1 illik müqavilə bağlanıb.
“Qalatasaray” Sneyderlə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verdiyindən, “Nitsa” onun üçün heç bir məbləğ ödəməyib. Klub artıq Hollandiya millisinin üzvünün adını Çempionlar Liqasının “Napoli” ilə pley-off oyunu üçün iştirak ərizəsinə də daxil edib. Sneyder Fransa təmsilçisində 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Hollandiya yığmasının ulduz futbolçusu "Qalatasaray"da 2013-cü ildən çıxış edirdi. O, karyerası ərzində "Ayaks", "Real" və "İnter" klublarında da forma geyinib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı