Dünya futbolu
Millimizin üzvləri üçün nigeriyalı komanda yoldaşı
Türkiyənin “Bursaspor” klubu növbəti transferi…
Türkiyənin “Bursaspor” klubu növbəti transferini rəsmiləşdirməyə yaxındı.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi "Portu"da forma geyinən yarımmüdafiəçi Mikel Aqu ilə anlaşıb. Bu barədə Bursa klubunun rəsmi saytı məlumat yayıb. Nigeriyalı futbolçu qarşıdakı mövsümü "Bursaspor"da icarə əsasında çıxış edəcək. Artıq futbolçunun özü və Portuqaliya klubu ilə prinsipial razılıq əldə olunub. Tezliklə Bursaya gələcək Aqu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
24 yaşlı futbolçu “Portu”nun yetirməsidi. O, 2015/16 mövsümü "Brügge"də, geridə qalan mövsümü isə "Vitoriya Setubal"da keçirib.
Qeyd edək ki, "Bursaspor"da Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmaz və U-21 millimizin üzvü Ozan Can Kökcü də çıxış edir.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı