Dünya futbolu
"Beşiktaş"ı "Göztəpə"yə dəyişdi
Yeni mövsümdən Türkiyə Super Liqasında mübariz?…
Yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparmaq hüququ qazanan "Göztəpə" daha bir transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, İzmir təmsilçisi "Beşiktaş" ilə yollarını ayıran Ömər Şişmanoğlunu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Ömər 2013-cü ildən "Beşiktaş"da çıxış etsə də, bu müddətdə "Əskişəhərspor", "Konyaspor" və "Antalyaspor" klublarında da icarədə oynayıb. Geridə qalan mövsümdə "qara qartallar"ın heyətində 8 oyuna çıxan forvard 2 qola imza atıb. O, daha öncə "Sankt-Pauli" və "Kayserispor" klublarında da forma geyinib.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü