Dünya futbolu
Premyer Liqa klubunda holland yarımmüdafiəçi
Yeni mövsümdən İngiltərə Premyer Liqasında mübariz…
Yeni mövsümdən İngiltərə Premyer Liqasında mübarizə aparmaq hüququ qazanmış "Brayton" klubu daha bir transfer həyata keçirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub hollandiyalı yarımmüdafiəçi Davi Pröpperi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Davi Hollandiyanın "Vitess" klubunun yetirməsidi. O, peşəkar karyerasına 2009-cu ildə məhz bu klubda başlasa da, 2015-ci ildən PSV-də çıxış edirdi. Həmin dördən etibarən Pröpper Hollandiya yığmasına da dəvət alır.