Ölkə futbolu
AFFA “İnter”i "evinə" qaytardı
Bir müddət öncə "İnter Arena"nın "İnter&…
Bir müddət öncə "İnter Arena"nın "İnter"in əlindən alındığını xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, yeni mövsümdə paytaxt təmsilçisinin rəqiblərini AFFA-ya məxsus "Dalğa Arena"da qəbul edəcəyi bildirilirdi.
Lakin bu gün paytaxt klubu fərqli bəyanat yayıb. Bəyanatda qeyd olunur:
"AFFA və "Aqrarkredit" SKT arasında aparılan danışıqlar nəticəsində qərara alınıb ki, “İnter”in əsas və uşaq futbol komandaları 2017-2018-ci il mövsümü ərzində “İnter Arena”da qalaraq fəaliyyət göstərəcək.
“İnter”PİK-in əsas komandası növbəti mövsümdə ev oyunlarını "İnter Arena"nın əsas meydançasında keçirəcək. Uşaq-Gənclər Futbol Məktəbinin komandaları da "İnter Arena"da fəaliyyət göstərəcək".