Premyer-liqa
“Zirə” – “Səbail” matçının başlama saatı açıqlandı
Topaz Premyer Liqasının 2017/18 mövsümünün ilk t…
Topaz Premyer Liqasının 2017/18 mövsümünün ilk turu çərçivəsində keçiriləcək “Zirə” – “Səbail” oyununun başlama saatı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, avqustun 13-də baş tutacaq görüş saat 19:00-da start götürəcək. Bu barədə “Zirə”nin rəsmi saytı məlumat yayıb. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
Qeyd edək ki, “Zirə” ölkə çempionatının ötən mövsümündə 4-cü yeri tutmuşdu. “Səbail” isə ilk dəfə elitada mübarizəyə qatılacaq.
Açılış turunun digər matçlarının başlama saatları açıqlanmayıb.