Dünya futbolu
Premyer Liqa klubundan daha bir transfer
İngiltərənin "Vest Hem" klubu növbəti transferini r…
İngiltərənin "Vest Hem" klubu növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İsveç doğumlu çernoqoriyalı futbolçu Sead Hakşabanoviçi heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı hücumameylli yarımmüdafiəçi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
Vaxtilə İsveçin U-17 və U-19 yığmalarında oynamış Hakşabanoviç bu il Çernoqoriya yığmasında bir oyuna çıxmaqla bu ölkənin şərəfini qorumağa üstünlük verib. İsveçin "Halmştadt" klubunun yetirməsi olan Seed peşəkar karyerasına 2015-ci ildə məhz bu komandada başlayıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq