Dünya futbolu
Madrid "Atletiko"sundan "Zenit"ə
Rusiyanın "Zenit" klubu heyətinə yeni futbolçu cə…
Rusiyanın "Zenit" klubu heyətinə yeni futbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi argentinalı yarımmüdafiəçi Matias Kranevitterlə güclənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyanın "Atletiko" klubundan transfer edilən 24 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
Kranevitter Argentinanın "River Pleyt" klubunun yetirməsidi. O, 2011-2015-ci illərdə məhz bu komandada oynayıb. 2015-ci ildə isə Matiası Madrid "Atletiko"su transfer edib. İspaniyada cəmi 11 oyuna çıxan yarımmüdafiəçi qısa müddət "River Pleyt"də, həmçinin "Sevilya"da icarədə də olub.
"Zenit"in yeni transferi 2015-ci ildən Argentina yığmasına da dəvət alır.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi